“Borussiya” Anselminonu icarəyə götürür

21.08.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Borussiya Dortmund” Karni Çukvuemeka ilə bağlı razılaşma çərçivəsində “Çelsi”dən argentinalı Aaron Anselminonu icarəyə götürməkdə maraqlıdır.

İdman.biz “Sky sports”a istinadən xəbər verir ki, Dortmund klubu bir müddətdir mərkəz müdafiəçisi ilə maraqlanır.

Komanda Emre Can, Niklas Züle və Niko Şlotterbekin zədələrindən sonra müdafiəsini gücləndirmək istəyir.

Alman klubu 20 yaşlı Anselminonun bu addımı alqışlayacağına inanır. O, ötən yay "Boka Xuniors"dan "Çelsi"yə keçib və mövsümün ilk yarısında icarə əsasında Argentina klubuna qayıdıb.

Bu gün səhər saatlarında “Çelsi”nin baş məşqçisi Entso Mareska mətbuat konfransında icarənin Anselminonun inkişafı üçün ən yaxşı addım olacağını deyib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью