Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın "Borussiya" (Dortmund) komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Sabah"la keçiriləcək matç üçün heyətini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, baş məşqçi Niko Kovaç heyətə 24 futbolçunun adını daxil edib.
Komandada Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cob Bellinqem, Feliks Nmeça, Seru Qirassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Juan Qadu, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson, Patrik Dreves, Aleksander Mayer, Kauan Prates, Filippo Mane, Samuele İnasio, Matis Albert, Entso Duarte və Luka Recani yer alıblar.
Almaniya təmsilçisinin yarımmüdafiəçisi Konstantinos Karetsas;n ayağından aldığı zədə səbəbindən Bakıya gələ bilməyəcəyi qeyd olunub. Dortmund kollektivinin Bakıya bu gün gələcəyi və qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunda matçdan əvvəlki son məşqinə çıxacağı bildirilib.
Qeyd edək ki, "Sabah" – "Borussiya" oyunu oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.