futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın “Borussiya” klubu baş məşqçisi Niko Kovaçla müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın müddəti 2029-cu ilin yayına kimi artırılıb.
Kovaç 2025-ci ildən “Borussiya”ya rəhbərlik edir.
Dortmund təmsilçisi Bundesliqada 5 turdan sonra 13 xalla 2-ci sıradadır.
“Borussiya” Çempionlar Liqasında “Sabah”ın rəqibləri arasındadır. Tərəflər arasındakı oyun oktyabrın 20-də Bakıda keçiriləcək.