Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, klub 40 yaşlı mütəxəssisin müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədə olsa da, uğursuz nəticələrdən sonra onunla əməkdaşlığa xitam verilib.
“Borussiya” Bundesliqanın ilk 3 turunda keçirdiyi bütün oyunlarda məğlub olub. Komanda bu qarşılaşmalarda 3 qol vurub, 12 top buraxıb. Son turda Münhenqladbax təmsilçisi doğma meydanda Bundesliqanın yeni iştirakçısı “Elversberq”ə 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Polanski ötən mövsümün əvvəlində komandanın müvəqqəti baş məşqçisi təyin edilmiş, daha sonra komandanı böhrandan çıxardıqdan sonra postunda qalmışdı.