Icma.az, Qol.az saytına istinadən bildirir.
"Borussiya" "Bavariya"nın müdafiəçisinə göz dikdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Bavariya"nın futbolçusu Benjamin Pavard karyerasını Dortmund "Borussiya"sında davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu haqda goal.com məlumat yayıb.
30 yaşlı müafiəçi hazırda icarə əsasında "Marsel"in formasını geyinir. Onun müqaviləsi cari mövsümün sonuna qədərdir. Lakin Pavardın "Bavariya"dakı gələcəyi sual altındadır. Dortmund təmsilçisi isə bu durumdan yararlanaraq fransalı oyunçu üçün təklif göndərib.
Bildirilib ki, Münhen klubu da Pavardın transferinə müsbət yanaşır.
Qeyd edək ki, Benjamin 2019-cu ildə "Ştutqart"dan "Bavariya"ya keçib. O, daha əvvəl icarə əsasında "İnter"də də oynayıb.