Borussiya Bellingem transferini bitirir

08.06.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Sanderlend"in futbolçusu Cob Bellingem karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Borussiya" ingiltərəli yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Dortmund klubu Bellingem üçün "Sanderlend"ə 33+5 milyon avro təzminat ödəyəcək. 19 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Bellingem ötən mövsüm"Sanderlend"in heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью