Borussiya Çelsi nin futbolçusunu istəyir

21.01.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Borussiya Dortmund" "Çelsi"nin müdafiəçisi Renato Veyqanı icarəyə götürmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu Veyqa üçün 2,5-3 milyon avro təklif etməyə hazırlaşır.

Lakin "Çelsi" futbolçu üçün 5 milyon avro istəyir.

Artıq Bundesliqa klubunun 21 yaşlı futbolçunun özü ilə şifahi razılığı var.

"Transfermarkt" məlumatına görə, futbolçunun dəyəri 10 milyon avrodur və onun "mavilər"lə müqaviləsi 2031-ci ilə qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью