Borussiya Dortmund qələbə qazandı VİDEO

13.09.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dortmundun “Borussiya” klubu Bundesliqanın üçüncü turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, Dortmund təmsilçisi görüşdə 2:0 hesablı qələbə qazanıb.

İlk iki turda qalib gələn “Köln” üçüncü turda xal itirib. Komanda çətin “Volfsburq” səfərində heç-heçə edib - 3:3. Paytaxt təmsilçisi “Union Berlin” öz meydanında “Hoffenhaym”a məğlub olub - 2:4. “Leypsiq” səfərdə “Mayns” üzərində minimal hesablı qələbə qazanıb - 1:0. “Frayburq” isə doğma divarlar arasında “Ştutqart”a 3:1 hesabı ilə qalib gəlib. Günün sonuncu görüşündə “Bavariya” Münxendə “Hamburq”u qəbul edəcək.

Bundesliqanın üçüncü turuna bazar günü oynanılaycaq “Sankt Pauli” - “Ausqburq” və “Borussiya” (Mönxenqladbax) - “Verder” (Bremen) görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, üçüncü turun ilk görüşündə Leverkuzenin “Bayer” komandası öz meydanında Frankfurtun “Ayntraxt” klubuna qalib gəlib - 3:1.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью