Borussiya Dortmund un Bakı səfəri öncəsi BAQAJ BÖHRANI

20.10.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının III turunda "Sabah"la matç üçün Azərbaycana gələn "Borussiya Dortmund" klubu Bakıya uçuş öncəsi ciddi logistik problemlə üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
Mənbə qeyd edib ki, komandanın səhər saatlarında Bakıya yola düşəcəyi vaxt təyyarənin baqaj bölməsinin həddindən artıq yükləndiyi məlum olub.
 

"Borussiya" rəhbərliyi qısamüddətli böhran zamanı vəziyyətdən çıxmaq üçün baqajın bir hissəsini daha erkən yola düşən və içərisində sponsorlar ilə jurnalistlərin də olduğu başqa bir təyyarəyə göndərməli olub.

"Bild" yazır ki, Serhu Qirassi, Niko Şlotterbeck və digər ulduz futbolçuların uzun məsafəni rahat keçməsi, kifayət qədər hərəkət sərbəstliyinə malik olması üçün xüsusi olaraq geniş və komfortlu hava gəmisi seçilmişdi. Yaranan çəki balansı problemi məhz baqajın bölünməsi ilə aradan qaldırılıb və komanda Bakıya vaxtında çatıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью