“Borussiya Dortmund” yeni baş məşqçisini açıqlayıb

30.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Türkiyəli mütəxəssis Nuri Şahinlə ötən həftə yollarını ayıran Almaniyanın “Borussiya Dortmund” komandası yeni baş məşqçisini açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta xorvatiyalı Noko Kovaç gətirilib. Onunla 2026-cı il iyunun 30-na kimi müqavilə imzalanıb.

Niko Kovaç daha əvvəl Bundesliqa klublarından “Ayntraxt Frankfurt” (2016-2018), “Bavariya” (2018-2019) və “Volfsburq”u (2022-2024) çalışdırıb. Mütəxəssis həmçinin 2013-2015-ci illərdə Xorvatiya millisinin, 2020-2022-ci illərdə isə Fransa təmsilçisi “Monako”nun baş məşqçisi olub.

Bu mövsüm Bundesliqada uğursuz çıxış edən “Borussiya Dortmund” 19 turdan sonra 26 xalla 11-ci sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью