“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

16.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”la qarşılaşacaq “Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub.

Bakı klubundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Almaniya təmsilçisi oktyabrın 18-i axşam saatlarında Azərbaycanda olacaq.

Komanda “Absheron Marriott” hotelində məskunlaşacaq.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Müxbir – Cavid Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью