Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 avqust, AZƏRTAC
Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Vingerlə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.
25 yaşlı futbolçu Dortmund “Borussiya”sının yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Xadra “Birmingem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə transfer olunan oyunçu “Havr”da da çıxış edib. O, Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, Reda Xadra yay transfer pəncərəsində “Qarabağ”ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.