Borussiya futbolçusunu qış transfer pəncərəsində satmaq qərarına gəlib

04.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın "Borussiya" (Dortmund) klubu qış "transfer pəncərəsi"ndə Doniell Maleni satmaq qərarına gəlib.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, klub futbolçuya qışda başqa iş yeri axtarmaq üçün icazə verib.

Almaniya təmsilçisi 25-30 milyon avroluq təklif alacağı təqdirdə oyunçunu buraxacaq. Malenin Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ildə "Borussiya"ya keçən futbolçu cari mövsüm 17 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib və 4 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью