Borussiya İsveç millisinin futbolçusunu transfer edib

03.02.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın "Borussiya" (Dortmund) kollektivi İsveç millisinin futbolçusunu transfer edib.

"Report" Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-qaralar" Danimarkanın "Norşellann" komandasından Daniel Svenssonu icarəyə götürüb.

Dortmundlular 22 yaşlı sol cinah müdafiəçisini istəyə uyğun birdəfəlik almaq hüququna malikdir.

Qeyd edək ki, D.Svensson cari mövsüm "Norşellann"ın heyətində 19 oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью