Borussiya nı Tottenhem ə dəyişə bilər

24.04.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Anqe Postekoqlu ilə yollarını ayırmağa hazırlaşan "Tottenhem" baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun əass hədəfi hazırda Dortmund "Borussiya"sını çalışdıran Niko Kovaçdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Tottenhem" rəhbərliyi artıq xorvatiyalı məşqçinin meneceri ilə danışıqlara başlayıb. İngiltərədə "Tottenhem"dən başqa bir klub da Kovaçla maraqlanır. 53 yaşlı mütəxəssis Premyer Liqada çalışmağa isti yanaşır.

Qeyd edək ki, Niko Kovaç bu ilin fevral ayında "Borussiya"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью