Borussiya nın sabiq futbolçusu Azərbaycanda oynamayacaq Bakı klubunun məşqçiləri onu bəyən…
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Səbail" Coy-Slayd Mikkels haqda yekun qərarını verib.
Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi almaniyalı futbolçunu bəyənməyib.
Bir müddətdir ki, baxışda olan 30 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunun etimadını qazanmayıb.
Qeyd edək ki, Slayd "Sabah"ın futbolçusu Coy-Lens Mikkels və "Şamaxı"nın futbolçusu Leroy Mikkelsin qardaşıdır.
O, Coy-Lenslə əkiz qardaşdır. Coy-Slayd son dəfə Almaniyanın həvəskarlar liqasında yarışan "Ay-Yıldızspor" klubunda oynayıb.
“Borussiya”(Münhenqladbax) klubunun yetirməsi olan Mikkels “Arau”, “Strommen”, “Allemaniya”(Ahen), “Rodinqhauzen” komandalarında çıxış edib.
saytlarin hazirlanmasi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu