“Borussiya” onu birdəfəlik aldı

27.08.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Karni Çukvuemeka yenidən Dortmunda yollanıb.

“Borussiya” “Çelsi”nin yarımmüdafiəçisini birdəfəlik transfer edib. Bu haqda hər iki klubun mətbuat xidməti məlumat yayıb. Dortmund klubu ötən mövsümün ikinci yarısında icarə əsasında xidmətindən yararlandığı 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Çukvuemeka “Borussiya”da oynadığı müddətdə bütün yarışlarda 17 oyun keçirib və 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью