Borussiya Portuqaliya millisinin üzvünü transfer edir

13.01.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çelsi" və Portuqaliya millisinin üzvü Renato Veyqa qışda iş yerini dəyişməyə yaxındır. 

Apasport.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Borussiya"(Dortmund) klubuna keçməyə hazırlaşır.

Artıq tərəflər arasında danışıqlar başlayıb. 

"Zadəganlar" 21 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq təzminat tələb edir. Dortmund klubu isə Veyqa üçün lazımı məbləği ödəməyə hazırdır. 

Portuqaliya millisinin üzvü "Sportinq", "Auqsburq", "Bazel"də oynadıqdan sonra 2024-cü ildə "Çelsi"yə keçib.

"Milan"ın forvardı Bundesliqa yolunda Türkiyədə qış "transfer pəncərəsi" açılıb Türkiyə millisinin üzvü Premyer Liqada tarix yazıb “Arsenal”da ciddi itki "İnter" və "Latsio"nun sabiq üzvü karyerasını başa vurdu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью