“Borussiya” “Real”la oyundan əvvəl niyə məşq etməyib? AÇIQLAMA

31.05.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin Çempionlar Liqasında “Real”la səfər oyunu öncəsi Madriddə məşq etməmələrinin səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, qərarını belə izah edib:

“Qarşıda çoxlu səfər oyunlarımız var və imkanlardan maksimum yararlanmaq istəyirik. Rəqibi təhlil etmişik. Uşaqlara bir az istirahət vermək istədim və ona görə məşqə çıxmadıq. Yeganə səbəb budur”.

Daha əvvəl Nuri Şahinin komandasının taktiki hazırlığının bilinməməsi üçün oyunöncəsi məşq keçirmədiyi iddia edilib.

“Real” – “Borussiya” oyunu bu gün saat 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью