Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın “Borussiya” (Dortmund) klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri arasında “Sabah” da var.
Futbolpress.az xəbər verir ki, “sarılar”ın idman direktoru Lars Riken klubun saytına açıqlamasında püşkü dəyərləndirib. O, “Sabah”la görüşün maraqlı olacağını qeyd edib:
“Bizi həyəcanverici oyunlar gözləyir. “İnter”, “Vilyarreal” və “Bodo-Qlimt”lə ötən mövsümdən tanışıq. Eyni zamanda, indiyədək heç vaxt qarşılaşmadığımız iki komanda, AEK və “Sabah” da bizi gözləyir. Bu, əlbəttə, çox maraqlıdır. Minimum məqsədimiz 1/8 finala yüksəlməkdir. İdeal variantda isə bunu bu səkkiz oyunun gedişində təmin etmək istəyirik”.
“Sabah” əsas mərhələdə “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.
Çempionlar Liqasının təqvimi hələ açıqlanmayıb.