Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah” bu gün Çempionlar Liqasının III turunda “Borussiya” ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matça saat 20:45-də start veriləcək.
Almaniya klubunun cəbhəsində gərginlik hökm sürür. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə komandanın uzun səfərə gəlməsinin və hava şəraitinin mülayim olmasının narahatlıq yaradacağı bildirilib.
Bundan başqa, dortmundlular ardıcıl üç oyundur, qələbə qazana bilmir. Bu səbəbdən “Borussiya”nın matç öncəsi müəyyən təzyiq altında olduğu vurğulanıb.
Dortmund təmsilçisi Çempionlar Liqasında 2 turda 3 xal toplayıb və 18-ci sıradadır. Eyni xala sahib “Sabah” isə 22-ci pillədə qərarlaşıb.