sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə DAZN televiziyası məlumat yayıb.
"Borussiya" türkiyəli vingeri transfer etmək istəyir. Dortmund təmsilçisi 26 yaşlı ön xətt oyunçusu üçün İstanbul klubuna 25 milyon avro təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə "sarı-qırmızılar"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.