Borussiyadan səfər qələbəsi, Liverpul Realı məğlub edib

28.11.2024

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında V tura yekun vurulub.

Lent.az xəbər verir ki, turun mərkəzi görüşü İngiltərədə baş tutub.

“Liverpul” Madrid “Real”ını qəbul edib. Mersisaydlılar "kral klubu"nu məğlub etməyi bacarıb.

“Yuventus” “Aston Villa”nın qonağı olub. Tərəflərin səylərinə baxmayaraq, matçda hesab açılmayıb.

Dortmund “Borussiya”sı isə Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Almaniyalılar səfərdə çətinlik çəkməyiblər.

UEFA Çempionlar Liqası
V tur

27 noyabr

21:45 "Srvena Zvezda" (Serbiya) – "Ştutqart" (Almaniya) 5:1
21:45 "Şturm" (Avstriya) – "Jirona" (İspaniya) 1:0
00:00 "Aston Villa" (İngiltərə) – "Yuventus" (İtaliya) 0:0
00:00 "Bolonya" (İtaliya) – "Lill" (Fransa) 1:2
00:00 "Seltik" (Şotlandiya) – "Brügge" (Belçika) 1:1
00:00 "Dinamo" (Zaqreb, Xorvatiya) – "Borussiya" (Dortmund, Almaniya) 0:3
00:00 "Liverpul" (İngiltərə) – "Real" (İspaniya) 2:0
00:00 "Monako" (Fransa) – "Benfika" (Portuqaliya) 2:3
00:00 PSV (Niderland) – "Şaxtyor" (Ukrayna) 3:2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью