futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Sabah”la keçiriləcək oyun öncəsi gərgin və yorucu səfər marşrutunu geridə qoyub.
Futbolpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb. Dortmund təmsilçisi Norveç, Berlin və Bakı marşrutları üzrə son 7 gün ərzində ümumilikdə təxminən 11 min 300 kilometr məsafə qət etməli olub.
Niko Kovaçın rəhbərlik etdiyi kollektiv ötən həftə Çempionlar Liqasında Norveçdə “Bodo-Qlimt”ə 0:1 hesabı ilə uduzub, daha sonra Almaniya Bundesliqasında “Yunion” (Berlin) ilə qolsuz bərabərliyə razılaşıb. Bakıya edilən səfər almanların sıx səyahət qrafikini tamamlayır.
Qeyd edək ki, “Sabah” – “Borussiya” (Dortmund) qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.