Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah” UEFA Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Arenada daha əvvəl konsert proqramları və tədbirlər keçirildiyi üçün futbola yararsız hala düşmüşdü. “Bayquşlar”ın ev oyunu üçün bu stadionu seçməsindən sonra isə artıq ot örtüyünün yenilənməsi işlərinə başlanılıb.
BOS-un mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Futbolpress.az“ə arenanın son durumunu açıqladı:
“Stadionda işlər tam sürətlə davam edir. Oyuna qədər müvafiq işlərin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunur. Müəyyən işlər yekunlaşdıqdan sonra stadionla bağlı daha ətraflı məlumat veriləcək”.
“Sabah” bu stadionda ilk matçını oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasına qarşı keçirəcək.
“Bayquşlar” turnirdə birinci görüşündə “Mançester Yunayted”ə uduzub – 0:4.
Şahin Cəfərov