Boş ərazidə özünə ömürlük biznes yaradan nümunəvi sahibkar VİDEO | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Son illər Bakı şəhərində hündürmərtəbəli yaşayış binalarının sürətli tikintisi şəhərin
Əhali sayının artması ilə paralel olaraq, avtomobillərin də sayı çoxalır ki, bu da parklanma məsələsini daha da aktual edir.
Xüsusilə şəhərin mərkəzi küçələrində müəyyən yerlərdə yeraltı parkinqlər mövcud olsa da, ətraf ərazilərdə belə imkanlar demək olar ki, yox dərəcəsindədir.
Nəticədə, yeni tikilən binaların girişləri yalnız sakinlər üçün açıq olduğuna görə, digər vətəndaşlar avtomobillərini park etməyə uyğun yer tapa bilmirlər.
Bu mövzuya toxunan yol hərəkəti üzrə ekspert Elməddin Muradlı paytaxtın Əli bəy Hüseynzadə küçəsində rastlaşdığı maraqlı nümunə ilə bağlı videogörüntü qeydə alıb.
O, bu küçədə bir sahibkarın qeyri-adi və təqdirəlayiq bir addım atdığını vurğulayıb.
Sözügedən sahibkar, digər iş adamları kimi bina tikmək əvəzinə, həmin ərazidə parkinq yaratmağa qərar verib.
Bu addım həm şəhərin avtomobil sıxlığının azaldılmasına kömək edir, həm də sahibkara davamlı gəlir mənbəyi yaradır.
Tam oxu
Xəbəri oxu