“Boş yerə pul vermişəm” Paşinyan | Icma.az
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. Ermənistanın baş naziri Nikol Paşinyan avtobus sərgüzəştlərindən danışıb.
Tribunainfo.az xəbər verir ki, son günlər işə avtobusla gedib-gələn Paşinyan ictimai nəqliyyatdan istifadənin pulsuz olduğunu öyrənib.
“Dünən oxudum ki, dörd uşağı olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərmiş. Bələdiyyə bu barədə qərar qəbul edib.
Boş yerə pul vermişəm”, – deyə erməni baş nazir qeyd edib. Paşinyan zarafat edib ki, dörd uşaq atası kimi müraciət edib vəsiqə alacaq.
(“Unikal”) Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu