Boş yerlərə sığmayan sürücü maşını yolun ortasında saxladı VİDEO

23.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 77-UH-551 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq arxadan gələn avtomobilin hərəkətinə mane olub. Videodan da aydın şəkildə görünür ki, yolun sağ kənarında dayanmaq üçün kifayət qədər boş yerlər var. Lakin nədənsə sürücü həmin yerlərdə deyil, ikinci cərgədə dayanaraq hərəkətə mane olmağı seçib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Oxunub 188

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью