Boş yolda qəza: Sürücü avtomobili körpüyə çırpdı VİDEO

20.04.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 20-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 03-BG-919 dövlət nömrə nişanlı “VAZ-2104” markalı avtomobil yoldan çıxaraq körpüyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sükan çənbərinin anidən kilidlənməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən qəza zamanı yaxınlıqda avtomobil olmayıb.
Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью