Boşanan qadın əmlaka nə qədər pul xərcləyibsə o qədər pay alacaq

25.07.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində boşanma ilə bağlı qanunda ciddi dəyişiklik edilib. 

AzPost bildirir ki, bundan sonra boşanma zamanı kişi öz əmlakının və gəlirlərinin yarısını keçmiş arvadına verməyəcək.

Qanuna əsasən boşanma zamanı əmlak bərabər şəkildə deyil, hər bir həyat yoldaşının birgə yaşayş zamanı verdiyi maddi töhfəsindən asılı olaraq bölünəcək.

Qanuna görə, əgər arvad daşınmaz əmlak və ya digər mal-dövlət almaq üçün pul qoymayıbsa pay almayacaq. Hətta evə və uşaqlarına baxsa belə, ona pay düşməyə bilər.

“China Observer” qəzeti qeyd edir ki, Çində qadınlar ailə qurmaq üçün yüksək başlıq tələb edir. Çin qadınları kişilərə yuxarıdan aşağı baxır, çox vaxt ərlərini və uşaqlarını atırlar.

Qanun artan boşanmaların qarşısını almaq üçün qəbul edilib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью