Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır. "Azərbaycanda sosial şəbəkələrdə aktyor və aktrisalardan çox sadə insanlar özləri
Çox az sayda aktyor və aktrisalar sosial şəbəkədə aktivdir. Əslində bu çox pisdir. Kaş biz də edə bilərdik, pul qazanardıq.
Azərbaycanda aktrisanın bunu etməyə pulu yoxdur. Bunun üçün videoqraf tutmalı, günlük geyimi, saçı-makiyajı, fərqli ideyaları olmaldır.
Bu, həm zəhmət, həm də pul tələb edir. Nəyisə başlamaq üçün yatırım lazımdır. Mən özüm də sosial mediada çox aktivəm.
Amma bir bloger qədər yox". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Danışır Rövşanə" verilişində deyib.
Aktrisa hazırda daha çox karyerasına üstünlük verdiyini açıqlayıb: "Hər bir qadın xoşbəxt olmaq istəyir.
Bizim cəmiyyətdə bir xanımın boşanandan sonra, əvvəllər daha çətin idi ailə qurması, indi rahat olub. Belə qadınlar tək qalmaq istəmirlər.
Bəzi xanımlar hansısa işlə məşğul olub, kariyera qurmaq, uğurlu qadın olmaq istəyirlər.