Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Alimentlə bağlı məhkəmə prosesi yekunlaşana qədər azyaşlı uşaqlar valideynlərdən birinin yanında qalır. Həmin valideynin işləmədiyi və heç bir maddi gəlirinin olmadığı hallar da az deyil. Bu müddətdə qarşı tərəfin uşaqların saxlanılması üçün hər hansı maliyyə dəstəyi göstərməməsi vəziyyəti daha da ağırlaşdırır. Belə hallarda uşaqların gündəlik ehtiyaclarının necə qarşılanacağı ciddi sual doğurur. Xüsusilə qida, geyim və məktəbəqədər təhsillə bağlı xərclər valideyn üçün ciddi yükə çevrilir. Cəmiyyətdə ən çox maraq doğuran məqam isə bu vəziyyətdə alimentin qanunvericiliyə əsasən hansı ölçüdə müəyyən edildiyidir.
Bu barədə vəkili Günay Cəfərova Demokrat.az-a açıqlama verib. O deyib ki, hər şey iddianın necə verilməsindən asılıdır:
“Əgər valideyn boşanma üçün məhkəməyə müraciət edibsə, bu zaman məsələ dəyişir. Boşanma ərizəsinin tərkibində aliment tələbi də göstərilə bilər. Belə olan halda aliment məsələsinə ayrıca deyil, boşanma işi ilə birlikdə baxılır. Məhkəmə prosesi başa çatanda yekun qətnamə çıxarılır. Həmin qətnamədə alimentin məbləği də müəyyən edilir. Yəni aliment yalnız məhkəmə işi bitdikdən sonra təyin olunur. Bu isə bir qədər vaxt apara bilər. Əgər valideyn alimenti daha tez almaq istəyirsə, başqa bir yol da var. O, məhkəmə prosesi gedə-gedə müvəqqəti təminat tədbiri ilə bağlı ərizə verə bilər. Bu ərizə alimentin vaxtından əvvəl təyin olunması üçündür. Həmin ərizə məhkəmə tərəfindən ayrıca araşdırılır”.
O bildirib ki, məhkəmə bu müraciətə baxdıqdan sonra qərar çıxarır:
“Qərar dərhal icraya yönəlir. Bu o deməkdir ki, qarşı tərəf aliment ödəməyə gecikmədən başlamalıdır. Məhkəmə işi hələ davam etsə belə, aliment ödənişi həyata keçirilə bilər. Hazırda məhkəmə prosesi davam edirsə, valideyn yenə də bu ərizəni verə bilər. Qanun buna imkan yaradır. Əsas məqsəd uşağın və ya aliment alan şəxsin maddi ehtiyaclarının gecikmədən qarşılanmasıdır. Bu mexanizm məhz bunun üçün nəzərdə tutulub”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bu barədə vəkili Günay Cəfərova Demokrat.az-a açıqlama verib. O deyib ki, hər şey iddianın necə verilməsindən asılıdır: