Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? Hüquqşünas AÇIQLADI

22.01.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? – Hüquqşünas AÇIQLADI

Son günlər boşanma zamanı aliment ödəməyən, eləcə də evlilik zamanı alınan əmlakın bölünməsində problem yaradan şəxslərlə bağlı şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə də bununla bağlı paylaşımlara tez-tez rast gəlinir.

Bəzi şəxslər öncədən boşanacağı ilə bağlı sezgilər ortaya çıxdığı vaxt yavaş-yavaş əmlaklarını satmağa başlayır. Boşanmadan qabaqdır deyəni. Maşını satır, ardınca da evi satışa çıxarır, evi də satdı, sonra gedir qol çəkir gedirlər boşanmaya. Bu istər qadın olsun, istərsə də kişi. Doğrusu, daha çox kişilərlə bağlı belə problemlərə rast gəlinir. Amma bəzi hallarda qadın da kişidən öncə davranıb müəyyən gizli planlar qura bilir. Mülkləri düşünən şəxs fikirləşir ki, əgər əvvəlcədən əmlakları satsa, bu əmlakların bölünməsi olmayacaq.

Sual yaranır: Belə olan vəziyyətdə qarşı tərəfində icazəsinin olması mütləqdirmi? İkinci bir tərəfdən, əgər boşanmadan əvvəl bu maşın və ya ev, torpaq satılıbsa, vəkil qarşı tərəfin hüquqlarını necə qoruyur? Yəni, boşanmadan əvvəl satılan birgə yaşayış dövründə alınan əmlakların tərəflər arasında bölüşdürülməsini təmin edə bilirmi?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, birgə nikah dövründə əldə olunan əmlak istər bağışlanırsa, istər satılırsa, istərsə də digər başqa şəxsin adına keçirdilirsə, hər iki tərəfin razılığı mütləq tələb olur.

“Şəxsin bağışlama, alqı-satqı ilə bağlı, əmlakın başqa şəxsin adına özəlləşdirilməsi ilə bağlı əvvəlcədən razılığı olubsa, o zaman ordan əldə edilən pulun digər tərəflə bölüşdürülməsi mümkün deyil. Çünki birgə nikah dövründə satılıb, bağışlanıb və ya başqa şəxsin adına keçirilib.

Digər tərəfdən, əgər, tutaq ki, arvad birgə nikah dövründə əldə etdikləri əmlakı fikirləşərlərsə ki, qarşılıqlı razılaşma əsasında satıblar və ər də həmin əmlakı satır, pulu götürür, çıxır gedir, arvad da gözləyir, gözləyir, gözləyir, bir ay sonra, beş ay sonra görür ki, kişidən bir xəbər yoxdur, verir məhkəməyə. Artıq məhkəmə üçün burada tərəflərin situativ vəziyyəti çox önəmlidir.

Əgər iddia verən tərəf sübut etsə ki, həqiqətən də o, baxmayaraq ki, əmlak birgə nikah dövründə satılıb və ya bağışlanılıb, burada əsas niyyət əmlakın satışından əldə edilən pulu başqa bir yerə yatırmaq olub, bu məhkəmədə sübut olunmalıdır. Yəni, tutaq ki, kişi əmlakı satıb, evdə arvadını da inandırıb ki, pulu biznesə yatıracaq, arvadı onu məhkəməyə verəndə, o pulun arxasına keçən şəxs məhkəməyə də biznesə pul yatırması ilə bağlı sübutlar təqdim etməlidir.

Çox az sayda məhkəmə qərarı var ki, həqiqətən də orada məhkəmə o iddiaçının xeyrinə qərar verir ki, həqiqətən də o, evi alqı-satqı edərkən, yaxud bağışlayan zaman aldadılıbdır. Bunu sübut eləmək çox çətindir. Hakim belə məqamda vəziyyətə baxır və ona uyğun məhkəmədə qərar verir. Sadəcə tərəflər mövqelərini sübutlarla əks etdirməlidir”.

Səfər

Oxunub 26

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью