Boşananda qızıllar necə bölünür? | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. “Ailə Məcəlləsinə əsasən kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı
Bu öhdəliklərdən bir də mülkiyyət münasibətləri ilə bağlıdır.
Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur”.
Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Fariz Əkbərov sözlərinə belə davam edib: “Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Ailə üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.
Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakın və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə də rast gəlinir.
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Tam oxu
Xəbəri oxu