“Boşandığımızı kim deyib?”

29.01.2026

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Aktyor Murad İsmayıl keçmiş xanımı Ülviyyə Xalinbəyova ilə bağlı açıqlama verib.

OLAY yazır ki, Murad bu barədə “Tarixin bir günü” verilişində danışıb.

“Bizim boşandığımızı kim deyib? Kim deyibsə, ondan soruşun. Mən şəxsi həyatla bağlı sualları cavablandırmıram. Ülviyyə xanımla filmdə rol almışıq, ilk komediya filmimdir. Uzun zamandır bizim ətrafımızda bu mövzular danışılır. İnsanların da sualları var. Məcbur olub açıqlama verirəm. Biz düşmən deyilik, iki balamız var. Digər mövzulara da toxunmaq istəmirəm”.

Qeyd edək ki, Ülviyyə iki il əvvəl boşandıqları ilə bağlı paylaşım etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью