Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
6 il davam edən məhkəmədən sonra boşanan şəxs 8 qurban kəsib.
Ölkə.Az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Belə ki, 2018-ci ildə G.O. ilə evlənən Mehmet Sıddık Menekşe adlı şəxs fikir ayrılıqları səbəbindən 2020-ci ildə boşanmaq qərarına gəlib.
Antalya 12-ci Ailə Məhkəməsində altı ildir davam edən boşanma tişi bu il yekkunlaşıb.
Ər boşanma qərarı verildikdən sonra bir dərnək vasitəsilə Tanzaniyada ehtiyacı olan insanlar üçün 8 qoyun qurban kəsib, həmçinin heyvan sığınacağına ianə edib.
Mehmet Menekşe jurnalistlərə çətin bir evlilik yaşadığını və bir il sonra boşanmaq qərarına gəldiyini deyib. O bildirib ki, fərqli baxışlar, mədəni qarşıdurmalar və digər səbəblər üzündən evliliklərini davam etdirə bilməyiblər:
“Allaha şükür ki, boşanmağı bacardım, bu, yekunlaşdı və nəhayət azad oldum. Bu, hər iki tərəf üçün ən yaxşısı idi.
Evliliyim çox qısa oldu, amma boşanmam uzun çəkdi. Boşanma üçün müraciət etdiyim ilk gün problemsiz başa çatsa, heyvan qurban kəsəcəyimi demişdim”, - deyə o söyləyib.
Billurə

