Boşandıqdan bir həftə sonra intihar etdi

17.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya estradasının ulduzu Anna Sedokovanın keçmiş həyat yoldaşı, basketbolçu Yanis Timma Moskvada ölü tapılıb.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, o, 33 yaşında intihar edib.

Basketbolçunun meyiti Moskvanın mərkəzindəki evinin girişində tapılıb.

Bildirilib ki, Timmanın cəsədinin yanında telefon olub. Cihazın ekranında isə müğənninin mobil nömrəsi və “Annaya zəng edin” qeydi olub.

Məlumata görə, o, dekabrın 16-sı, ölümündən bir neçə saat əvvəl Annanı ad günü münasibətilə də təbrik edib. 

Xatırladaq ki, cütlüyün münasibəti 2019-cu ildə başlayıb. Onlar 2020-ci ildə ailə həyatı qurub. Bu il dekabrın 9-da 4 illik evliliklərini bitirərək boşanıblar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью