Boşanma ərəfəsində aparıcının xanımı vəfat etdi

14.08.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli xəbər aparıcısı Erhan Çelikin boşanma ərəfəsində olduğu həyat yoldaşı, həkim Özlem Gültekin vəfat edib.

Axşam.az xəbər verir ki, Gültekin İzmirdə öz klinikasında olduğu zaman qəfil halı pisləşib. Yanında olan həmkarları tərəfindən ona ilkin tibbi yardım göstərilib. Lakin bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gültekinin ölüm səbəbinin ağır infarkt olduğu bildirilib. 

Qeyd edək ki, Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə evlənib. Cütlüyün 2020-ci ildə Ali Boran adlı oğlu dünyaya gəlib Bir müddətdir fikir ayrılıqları və anlaşılmazlıqlar yaşadığı bildirilən cütlüyün qarşılıqlı şəkildə məhkəmədə boşanma iddiası qaldırdığı bəlli idi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью