Boşanma prosesində olduğu arvadını öldürən ər eyni silahla intihar etdi

14.11.2024

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

Boşanma prosesində olduğu arvadını öldürən ər eyni silahla intihar etdi

Qaziantepdə Kahraman Balın adlı kişi boşanma prosesində olduğu həyat yoldaşı Elif Balı silahla öldürüb, daha sonra eyni silahla intihar edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qətlin təhlükəsizlik kamerası görüntüləri üzə çıxıb. Görüntülərdə cütlüyün küçədə bir müddət mübahisə etdiyi, sonra Kahraman Balın silahını çıxararaq həyat yoldaşına başından atəş açdığı, daha sonra isə intihar etdiyi əks olunub.

Silah səsini eşidənlərin məlumatı üzrə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib. Əraziyə gələn həkimlər tərəfindən edilən müayinədən sonra Bal cütlüyünün öldüyü müəyyən edilib.

Onların cəsədləri araşdırılma üçün tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью