Boşanma qərarına səbəb futbol imiş... FOTOLAR

17.01.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra ayrılıb.

“Qafqazinfo”nun “Daily Mail”ə istinadən məlumatına görə, onların boşanma qərarı ilə bağlı iddia yayılıb.

İddiaya əsasən, cütlüyün yollarını ayırmasına səbəb Qvardiolanın İngiltərə klubu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq qərarı olub. Bundan sonra Serra boşanmaq istədiyini dilə gətirib. O, həyat yoldaşını futbolu münasibətlərindən üstün tutmaqda günahlandırıb.

Qeyd edək ki, müqavilə mövsümün sonunda başa çatmalı idi, lakin Qvardiola ötən ilin noyabrında iki illik uzadılması barədə şərtlərlə razılaşıb.

Xatırladaq ki, Qvardiola və Kristinanın münasibəti 1994-cü ildə Pep “Barselona”da oynadığı vaxt başlayıb. 2014-cü ildə isə onlar münasibətlərini rəsmiləşdirməyə qərar verərək Matadepera bölgəsində evləniblər. Onların bu evlilikdən Mariya (24), Marius (22) və Valentina (17) adlı üç uşaqları var.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью