Boşanma və ayrılıq kişilərdə intihar riskini kəskin artırır | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Avstraliyanın Melburn Universitetindən olan tədqiqatçılar, boşanma və münasibətlərin po
30 ölkədən toplanmış 29 elmi işi təhlil edən alimlər, ümumilikdə 106 milyondan çox kişinin məlumatlarını analiz ediblər.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, münasibətlərin bitməsindən sonra kişilərdə intihar ehtimalı evli kişilərlə müqayisədə təxminən 5 dəfə artır.
Xüsusilə 35 yaşdan aşağı kişilər ən riskli qrupdur. Bu yaş kateqoriyasında intihar riski təxminən 9 dəfə yüksəlir.
Ümumilikdə isə boşanmış kişilərdə intihar riski evli kişilərlə müqayisədə 2,8 dəfə çoxdur.
Emosional boşluq və sosial təcrid əsas səbəblərdir Alimlər bu meyli təkcə emosional çətinliklərlə deyil, həm də sosial təcrid və dəstək sistemlərinin çatışmazlığı ilə əlaqələndirirlər.
Bir çox kişi üçün həyat yoldaşı əsas emosional dayaq və psixoloji dəstək mənbəyidir.
Ayrılıqdan sonra isə bu dəstək yox olur və kişilər emosional vakuumda qalırlar.
Tam oxu
Xəbəri oxu