Boşanma zamanı buraxılan səhvlər

21.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Boşanma zamanı əmlakın tələsik bölüşdürülməsi, maliyyə məlumatlarının gizlədilməsi və uşaqların münaqişəyə cəlb edilməsi ciddi problemlərə və əlavə xərclərə səbəb ola bilər.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, Polşanın “Zwierciadło” nəşri boşanma prosesində yol verilməməli olan səkkiz geniş yayılmış səhvi açıqlayıb.
Ekspertlərin fikrincə, ilk növbədə ailənin bütün maliyyə vəziyyətini öyrənmədən əmlakın bölüşdürülməsinə razılıq vermək olmaz.
Buraya daşınmaz əmlak və bank hesabları ilə yanaşı, pensiya yığımları, investisiyalar, şirkətlərdəki paylar, kriptovalyutalar və borclar da daxildir.
Digər mühüm səhv boşanmanın bütün maliyyə öhdəliklərini avtomatik olaraq aradan qaldırdığını düşünməkdir. Mülkiyyət və maliyyə məsələləri ayrıca hüquqi qaydada həll edilməlidir.
Mütəxəssislər emosiyaların qərarlara təsir etməsinə imkan verməməyi, keçmiş tərəfdaşla münaqişəni uşaqların ehtiyaclarından üstün tutmamağı və uşaqları valideynlər arasındakı mübahisələrə cəlb etməməyi tövsiyə edirlər.
Həmçinin, birgə əmlakın və maliyyə məlumatlarının gizlədilməsi, yalnız dostların, internetin və ya süni intellektin məsləhətlərinə güvənilməsi riskli addımlar hesab olunur. Hər boşanma işinin özünəməxsus hüquqi və ailəvi xüsusiyyətləri olduğundan, mütəxəssislər prosesin ilkin mərhələsindən ailə hüququ üzrə vəkilə müraciət etməyi məsləhət görürlər.
Ekspertlər bütün mübahisələrin mütləq məhkəmədə həll edilməli olmadığını da vurğulayırlar.
Danışıqlar və mediasiya bəzi məsələlərin daha az münaqişə ilə həllinə kömək edə bilər. Eyni zamanda, boşanmanın təfərrüatlarını sosial şəbəkələrdə paylaşmaqdan çəkinmək tövsiyə olunur. Belə paylaşımlar sonradan məhkəmə prosesinə təsir göstərə bilər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью