Icma.az bildirir, Gununsesi portalına istinadən.
Aydın məsələdir ki, boşanma zamanı əmlaklar hər iki tərəf arasında bölünür.
Ancaq müəyyən hallar var ki, bu cür olmaya da bilər.
Maraqlıdır, o hallar necə müəyyən olunur?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb:
Bəzi hallarda boşanma zamanı ər və arvad arasında əmlak bölünmür. Məsələn, əgər əmlak nikahdan əvvəl əldə olunubsa, bölünməli olduğu deyilən əmlak bağışlanıbsa, ümumi qazanc hesabına deyil, şəxsi vəsait hesabına əldə olunubsa və nəhayət, müqaviləsində belə bir müddəa varsa, əmlak uşağın adına rəsmiləşdirilibsə, bölünmür”,- o bildirib.
Orxan
Gununsesi.info