Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər birimiz yeni həyata qədəm qoyarkən böyüklərimizin “Bir yastıqda qocalasınız” kimi dəyərli tövsiyəni eşidirik.
Bir yastıqda qocalmaq özündə dərin bir mənanı ehtiva edir. Bura ailə dəyərlərimizlə bağlı xüsusiyyətlərdən tutmuş ailənin uzunömürlülüyü, me
Bir yastıqda qocalmaq dünyanın gözəlliklərinin birincisidir. Bir-birini sevən, bir-birinə hörmət hissi olan insanların bölüşdüyü həyatdır.
Başladıqları yeni bir yolu uğurla addımlamaqdır. Onları mənzilbaşına aparan yoldur. Nə var mənzil başında?
Əlbəttə ki, yaşlılıq, övladlar, nəvə-nəticələr. Və bir də hər kəs öz yoluna davam edəndən sonra ömrün yoldaşa ehtiyac duyduğu qalan hissəsi.
Bir yastıqda qocalmaq bu qədər gözəllikləri özündə cəmləşdirdiyi halda biz necə, bu ifadənin haqqını verə bilirikmi?
Bir yastıqda qocalmaq üçün mübarizə aparırıqmı? Yoxsa yastıqları ayırmaqla həyatımızı da ayırır, ailəni dağıdır, hətta uşaqları da mal-mülkü