Boşanmaların səbəbi evlilikdir! | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumat verir. Bu gün BMT-nin qadın zorakılığı ilə beynəlxalq mübarizə günüdür.
Kulis.az bu münasibətlə Fəridənin "Boşanmaların səbəbi evlilikdir" köşəsini təqdim edir.
Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb.
Bu, rəsmi rəqəmdir. Statistika Komitəsinin yaydığı məlumatdır. Xəbəri ötən həftə vermişik. Rəqəmlərə baxanda adam dəhşətə gəlir, hə?
Demək olar ki, boşanmaların sayı nikahların yarısı qədərdir. Yəni, evlənən hər iki cütlükdən biri boşanıb.
Hələ nəzərə alsaq ki, bu rəsmi rəqəmlərdir, nikahsız evlənib boşananlar haqqında məlumat yoxdur, onda lap adamın nitqi batır.
Bəs boşanmaların səbəbi nədir? Boşanma nəticədirsə, səbəb evlənməkdir – bu qədər bəsit bir cavab var. İnsan evlənməsə, boşanmaz, elədir?
Məntiqli deyil? Əgər bu gün cəmiyyəti boşanma sayının çoxluğu narahat edirsə, problem məhz evlənməkdə axtarılmalıdır.
Tam oxu
Xəbəri oxu