Boşanmaq istəyən ərini avtomobillə vurdu

17.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşid Rəşidli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Axar.az Gencexeber.az-a istinadla xəbər verir ki, ona dərhal tibbi yardım göstərilib.

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, R.Rəşidlini həyat yoldaşı idarə etdiyi avtomobillə vurub.

İddialara görə, hadisəyə səbəb kişinin həyat yoldaşından boşanmaq istəməsi olub.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью