Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı VİDEO

23.08.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda boşanma mərhələsində olduğu arvadına silahla atəş açan şəxs saxlanılıb.

Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə Yenigün məhəlləsində baş verib. 36 yaşlı S.C  adlı şəxs həyat yoldaşı 36 yaşlı B.C ilə qarşılaşdıqdan sonra tapança ilə ona atəş açıb. Yaralanan qadın xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra ərazidən uzaqlaşan şübhəli polis tərəfindən qısa müddətdə saxlanılıb.

Hadisə anları ərazidəki təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə atəş səslərindən sonra küçədə yaranan panika və şübhəlinin hadisə yerindən gəzərək uzaqlaşması əks olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью