Boşanmaqda olan qadın həyat yoldaşı tərəfindən öldürüldü

02.02.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Çanakkalə şəhərində 25 yaşlı Zeynep Zan boşanma mərhələsində olduğu həyat yoldaşı 31 yaşlı Uğur Zan tərəfindən öldürülüb. AzPost xəbər verir ki, hadisə 16 may tarixində İsmetpaşa Mahalləsi, İzmir Caddəsi üzərində baş verib. Uğur Zan, Zeynep Zanın idarə etdiyi motosikletin qarşısını kəsərək onunla mübahisə edib və yanında gətirdiyi tabancayla atəş açaraq qadını başından vurub.

Hadisə yerinə gələn təcili tibbi yardım komandası Zeynep Zanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayətdən sonra qaçan Uğur Zan polis tərəfindən saxlanılıb və məhkəmə tərəfindən həbs edilib.

Cinayətdən 4 gün əvvəl Uğur Zanın qardaşı G.M. ilə etdiyi mesajlaşmalar da işə daxil edilib. Mesajlarda G.M. ağabeyini xəbərdar edərək yazıb: “Boşan gitsin. Əgər belə bir şey etsən, anam çox üzüləcək, atam perişan olacaq. Uşaqlara da pis təsir edəcək. Qadına qarşı zorakılığın cəzasını düşün”.

Çanakkale Cumhuriyyət Prokurorluğu Uğur Zan-a qarşı “Həyat yoldaşına qarşı qəsdən öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyi ilə məhkəməyə müraciət edib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью