Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hollivud ulduzu Cessika Albanın keçmiş həyat yoldaşı Keş Uorrenə boşanma müqaviləsi çərçivəsində əlavə 577 min dollar ödəməsinə qərar verilib.
OLAY yazır ki, bu qərarı ötən həftə Los-Anceles Ali Məhkəməsi verib. Məhkəmə həmin məbləğin Uorrenin Albanın şirkətinə məxsus korporativ yığım proqramındakı qanuni payı olduğunu hesab edib.
Beləliklə, aktrisanın keçmiş həyat yoldaşına ödəyəcəyi ümumi məbləğ təxminən 3,6 milyon dollara çatacaq. Qeyd edək ki, məhkəmə daha əvvəl Albanın Uorrenə 3 milyon dollar ödəməsinə qərar vermişdi.