Baku.ws saytına istinadən Icma.az xəbər verir.
İstanbulda səhər saatlarından etibarən müşahidə olunan sıx duman quru və dəniz nəqliyyatında problemlər yaradıb.
BAKU.WS xəbər verir ki, duman səbəbindən xüsusilə Bosfor boğazı və Üsküdar ətrafında görünürlük bir neçə metrədək azalıb.
Məhdud görünürlüyə görə Bosfor boğazında gəmi hərəkəti müvəqqəti dayandırılıb. Eyni zamanda, Sirkəci–Harem avtomobil bərə reysləri də ləğv edilib.
Bununla belə, "Şəhər Xətləri" bərə marşrutlarının fəaliyyətini davam etdirdiyi bildirilib.
Sahil Mühafizəsi rəsmiləri qeyd ediblər ki, beynəlxalq gəmiçilik təhlükəsizlik məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Görünürlüyün yaxşılaşmasından sonra Bosfor boğazında hərəkətin bərpa olunacağı gözlənilir.